Xalq artisti “TikTok”dan şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti “TikTok”dan şikayətləndi

Şou

07 Aprel 2025 17:16 281


“TikTok”da haqqımda məlumat yayıblar ki, guya ağır vəziyyətdə xəstəxanaya düşmüşəm. Əvvəlcə eynimə almadım, sonradan saysız-hesabsız zənglər gəldi və narahat oldum. İnsanın heysiyyəti ilə belə oynamazlar”.

Yenisabah.az kult.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Səidə Quliyeva deyib.

O bildirib: “Axı mənim əzizlərim, doğmalarım, uzaqda yaşayanlarım var. Onlar da zəng edib, ağlaya-ağlaya nə baş verdiyini soruşurlar.  Dördpendirli pizza

Bu yaxınlarda anamı itirmişəm, gələn bazar günü də 40 mərasimidir. Anamı itirmək mənə pis təsir elədi, amma xəstəxanalıq deyiləm axı. 23 ildir şəkər xəstəsiyəm, heç vaxt da şikayət etməmişəm. Ümumiyyətlə, şikayət edən biri deyiləm, həyata da çox nikbin baxıram. Amma haqqımda bu xəbəri yayanları lənətləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!