Xəbər verdiyimiz kimi, Türkiyəyə müalicəyə yollanan Xalq artisti Naibə Allahverdiyevanın halı pisləşib. Son günlər onun “halım çox pisdir, təyyarəyə minə bilmirəm. Mənə kömək etsinlər. Normal həkimə yönləndirsinlər ki, heç olmasa, Bakıya qayıda bilim” deməsi medianın gündəmini zəbt etmişdi.
“Yeni Sabah” xəbər verir ki, xalq artisti sosial şəbəkədən haqqında yazılan bəzi məlumatların yalan olduğunu bildirib:
“Sizin üçün çox darıxmışam, vətənim üçün burnumun ucu göynəyir. Amma mediada gedən bəzi xəbərlərdən çox üzülürəm. Yazırlar ki, guya mənim Bakıya qayıtmağım üçün pulum yoxdur və kömək istəyirəm. Xahiş edirəm, bu yalan xəbərləri yaymayın, mənim səhhətimə pis təsir edir. Mən tezliklə qayıdacağam. Qayıtmalı idim, amma səhhətim pisləşdiyi üçün qayıda bilmədim”. pizza
Qeyd edək ki, aktrisa əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.
Əsmətxanım
Telegram kanalımız