İran ali liderinin hərbi müşaviri Möhsün Rəzai ABŞ-ni aviadaşıyıcıları olan yeganə dəniz qulduru adlandırıb və bildirib ki, Tehran ABŞ gəmilərini və hərbçilərini məhv etmək gücündədir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Quldurlarla mübarizə qabiliyyətimiz döyüş gəmilərini batırmaq gücümüzdən geri qalmır. Gəmilərinizin və qüvvələrinizin İsfahanda qalan təyyarə qalıqları kimi qəbiristanlığa düşəcəyinə hazır olun", - qeyd edib.
Qeyd edək ki, mayın 2-də ABŞ Prezidenti Donald Tramp İran neftini daşıyan tankerlərin ələ keçirilməsi zamanı ABŞ hərbçilərinin "pirat kimi davrandığını" etiraf edib.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ-nin "Majestic" və "Tifani" adlı iki İran ticarət gəmisini ələ keçirərək 3.8 milyon barel nefti müsadirə etdiyini bildirib. Tehran bu addımı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir və cavab vermək hüququnu özündə saxladığını vurğulayır./Oxu.az
Telegram kanalımız