Xameneyinin müşaviri koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Xameneyinin müşaviri koronavirusdan öldü

Dünya

02 Mart 2020 15:49 1188


İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusa (COVİD -19) yoluxaraq vəfat edib. "Yeni Sabah" "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, 71 yaşlı S.M.Mirməhəmmədi Tehrandakı xəstəxanalardan birində həyata gözlərinin yumub. Bununla da İranda ilk dəfə yüksək vəzifəli dövlət məmuru COVİD-19 virusuna görə həyatını itirib. İranda ümumilikdə 978 yoluxma faktı aşkarlanıb, onlardan 54-ü ölümlə nəticələnib. Ölkədə koronavirusa yoluxanlar arasında 5 dövlət məmuru (İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur, vitse-prezident Məsumə İbtikar, Səhiyyə nazirinin müavini İrəç Hərirçi və Qum Tibb Universitetinin rektoru Məhəmməd Rza Qədir) var. İran İslam Şurası Məclisinin deputatı Məhəmmədəli Ramazani isə COVİD-19 xəstəliyinə yoluxaraq dünyasını dəyişib. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!