Xanhüseyn Kazımlı yenə danışdı: “Yaxşı olar ki, nə bilim, planı demək...” 

saytların hazırlanması

Evə çatdırılma

Xanhüseyn Kazımlı yenə danışdı: “Yaxşı olar ki, nə bilim, planı demək...” 

Siyasət

26 Noyabr 2019 06:48 1637


Ötən ay deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasındakı çıxışı sosial şəbəkələrdə qalmaqala səbəb olmuşdu. 

Nitqi anlaşılmayan deputat hadisədən sonra  vəziyyəti izah etmək üçün yaxın günlərdə mətbuat konfransı keçirəcəyini bildirmişdi. Lakin hadisədən təxminən 1 ay keçməsinə baxmayaraq, konfrans hələ də baş tutmayıb. 

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya təkrar açıqlama verən deputat Xanhüseyn Kazımlı həyat yoldaşının Almaniyada müalicə olunduğunu və buna görə də işlərin planladığı kimi getmədiyini diqqətə çatdırıb:  Sezar pizza

“Yaxşı olar, yaxşı olar ki, bir mətbuat konfransı keçirək. Ondan sonra da bu işin yekununa qədəm qoyaq. İndi mən müalicədə oldum, yoldaşımı aparmışdım. Almaniyada müalicədə oldum. Ondan sonra da indi gəlmişəm Milli Məclisə, işlər gedir. Qayıdacam Milli Məclisə. Yaxşı olar ki, nə bilim, planı demək bir az düzgün çıxmır, amma bu günlərdə olacaq. Yaxın günlərdə...” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!