Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçdi

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi-Laçın yolunda sülhməramlıların 47 avtomobili maneəsiz keçdi

Rəsmi

19 Fevral 2023 17:47 983


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.   

Belə ki, həmin minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.  Toyuqlu pizza

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!