Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkəti təmin edilir

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin hərəkəti təmin edilir

Rəsmi

12 Fevral 2023 14:50 785


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Belə ki, 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə, 1 minik və 14 yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət ediblər.  Marqarita pizza

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 47-yə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!