Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus daha altı avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, altı minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Toyuqlu pizza
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 12-yə çatıb.
Həmçinin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə məxsus daha 31 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 81-yə çatıb.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Telegram kanalımız