Xankəndi-Əsgəran yolunda yerləşən ermənilərə məxsus “Biz və bizim dağlarımız” (Tatik-Papik) heykəlinin üzərinə Azərbaycan bayrağı asılıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə görüntülər yayılıb. Fotodakı şəxsin Azərbaycanın məşhur alimi, iqtisadçı-professor Nazim İmanovun oğlu Araz İmanov olduğu bildirilir.
Qeyd edək ki, sözügedən abidənin adı “Biz və bizim dağlar” adlanır. 1967-ci ildə Azərbaycan SSR hesabına Əsgəran rayonunda (indiki Xocalı rayonunun ərazisi - red.), Xankəndiyə girişdə tikilib. Sezar pizza
Müəllif əslən Qarabağ ermənisi olan Sarkis Baqdasaryan abidədə milli erməni geyimində öz nənə-babasını canlandırıb. Onların hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması ilə müəllif sübuta yetirmək istəyib ki, guya bu yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar və Qarabağ qədimi erməni yurdudur. Ermənilər özlərinin bu cəfəng düşüncələrinə uzun illər çoxlarını inandıra biliblər.
Qeyd edək ki, abidə arxası Azərbaycana, üzü isə Ermənistana baxır. Bunun anlamı erməni birliyi, eləcə də gələcəkdə ayrılmağın siyasi mənasını özündə ehtiva edib.
Yeri gəlmişkən, abidə Moskvanın təkidi ilə Azərbaycan SSR-in hesabına tikilsə də, azərbaycanlı ziyalıların etirazına səbəb olmuşdur. Abidə “Biz və bizim dağlar” adı ilə qeydiyyata alındığı gün “Bakı” qəzeti Qarabağdan bəhs edən “Azərbaycan dağları” başlığı ilə məqalə çap etmişdi.
İşğal dövründə ermənilər bu abidəni qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsas və dəyişməz simvolu kimi təqdim ediblər. Həmçinin qondarma qurumun gerbində də bu abidə öz əksini tapıb.
Rafi MÜSLÜMOV

Telegram kanalımız