Xankəndidən xəbər var:   Əhali şəhərdən qaçıb

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidən xəbər var: Əhali şəhərdən qaçıb

Rəsmi

04 Noyabr 2020 18:37 12420


Xankəndidə şəhər əhalisinin 30 faizi qalıb.

Yenisabah.az xəbər verir ki, bunu “Qraparak” qəzetinə açıqlamasında Xankəndinin “meri” David Sərkisyan deyib.

O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib. Marqarita pizza

Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir.

Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.

Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnaçakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı. Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb.  /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!