Xaricdə ali məktəbə attestatla qəbul olunanlara dair məlumat -   Diplomalarının taleyinə aydınlıq gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə ali məktəbə attestatla qəbul olunanlara dair məlumat - Diplomalarının taleyinə aydınlıq gətirildi

Sosial

26 Dekabr 2025 12:58 17997


Xarici ölkələrin ali məktəblərinə imtahan vermədən - attestatla qəbul olunan Azərbaycan vətəndaşlarının diplomlarının tanınıb-tanınmayacağına aydınlıq gətirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Yeni Sabah”ın sualına cavab olaraq bildirib ki, ölkədə mərkəzləşdirilmiş imtahanda uğur qazanmayan vətəndaşlar xaricə gedərək attestatla universitetə daxil olurlar.

Onun sözlərinə görə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və s. dövlətlərə tələbə cəlbi istiqamətində önəmli bir imkan mövcuddur: “Burada siz heç bir imtahan vermədən, təkcə attestat əsasında qəbul ola, oxuya və məzun olaraq diplom ala bilərsiniz. pizza hut

Diplomların tanınıb-tanınmayacağını isə indidən dəqiq söyləmək mümkün deyil. Bizim qanunvericilikdə ali məktəbə attestatla qəbul olunduqda diplomun tanınmayacağına dair xüsusi bir norma yoxdur.

2023-cü ildə qəbul olunmuş qaydaların 4-cü bəndində açıq şəkildə göstərilir ki, birinci şərt akkreditasiya şərtidir. Yəni ali təhsil müəssisəsi yerləşdiyi ölkədə akkreditasiyadan keçməlidir. Lakin bəzi inkişaf etmiş ölkələrdə ali təhsil müəssisələri akkreditasiyadan keçmir. Məsələn, İsveçrə, İspaniya, Birləşmiş Ərəb Əmirliklərində və hətta ABŞ-da belə hallar mövcuddur. Bu halda sual yaranır: bu ali təhsil müəssisələrinin verdiyi diplomlar tanınırmı? Yerli qurumlar onların dərəcələrini tanınmır.

Bu müəssisələrin fəaliyyətinə gəldikdə isə, onlar “school” statusunda fəaliyyət göstərirlər. Bir çox hallarda universitet kimi təqdim olunsalar da, biznes məktəblərinin adında universitet olmadığı üçün akkreditasiyadan keçmirlər. Bu baxımdan, 4-cü bəndə uyğun olaraq diplomun tanınmaması ehtimalı yaranır. Təəssüf ki, bəzi ölkələrdə, xüsusilə, inkişaf etmiş ölkələrlə tərəfdaşlıq çərçivəsində birgə proqramlar kimi təqdim olunan hallara da rast gəlinir ki, bu da insanları yanıldır.

Nəticədə, belə müəssisələrin əksəriyyəti həqiqətən universitet statusuna malik deyildir. Biz tövsiyə edirik ki, ali məktəblərə attestatla qəbul olunan, heç bir qiymətləndirmədən keçməyən vətəndaşlarımız diqqətli olsunlar, çünki onların sonrakı təhsil və karyera perspektivləri ciddi problemlərlə üzləşə bilər. Təcrübədə məlum olur ki, tələbələr 4 semestr oxuyur, amma məsələn, 20 imtahandan yalnız 3-ünü keçə bilirlər. Belə hallarda uğursuzluq faizi yüksək olur. Həmçinin, bir çox hallarda tələbələr təhsil aldıqları dili bilmir, hətta oxuduqları ixtisasın adını belə düzgün deyə bilmirlər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İnsan
    Yaxşı olmaz ki, siz təhsilimizdə dönüş yaradasınız, xarici ölkələrdəki kimi atesstatla universtetlərə qəbul edəsiniz? Çalışın xalqa zərbə vurun.
    5 months ago