Xaricdən mobil telefon gətirmək yalnız bu şəkildə mümkün olacaq

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən mobil telefon gətirmək yalnız bu şəkildə mümkün olacaq

İqtisadiyyat

22 Sentyabr 2020 19:30 3680


“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” genişləndirilib. 

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

21 avqust 2020-ci il tarixli qərar 22 avqust 2020-ci il tarixdə dərc edilib və dərc edildiyi gündən 30 gün sonra – bu gün sentyabrın 22-dən qüvvəyə minib.  pizza

Beləliklə, 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!