“Səbail”in futbolçusu Adil Nağıyevin “Yeni Sabah”a müsahibəsi:
- Əvvəlcə, “Səbail”ə keçidindən danışaq. “Sumqayıt”la müqavilən bitmədən “Səbail”lə müqavilə imzaladın. Necə oldu ki, belə alındı?
- “Səbail”dən təklif gəldi. Mən də düşündüm ki, getsəm, daha yaxşı olar. Rəhbərliklə danışdıq, sağ olsunlar, məni başa düşdülər. Problem yaratmadılar. Mən də “Səbail” ilə müqavilə bağladım. Pepperoni pizza
- Başqa klublardan da təklifin var idi?
- Yox, ancaq “Səbail”dən.
- Transfer məsələlərindən danışmışkən, özünü xaricdə sınamaq istəyərdin? Belə bir təklif gəlib?
- Əlbəttə, istəyərəm. İndi yoxdu, amma əvvəl olub. Getmək istəmişəm, amma klubum qoymayıb.
- Hansı klub?
- Keçmişdə olub, keçmişdə də qalsa, yaxşıdı. Ad açıqlamağım düzgün olmaz.
- “Səbail” son oyunda “Sumqayıt”la qarılaşdı. Keçmiş komandana oynayanda nə hislər keçirirdin?
- “Sumqayıt”la 6 ay oynasam belə, böyük nəticə qazanmışam. Bəlkə də, kariyeramda kubok finalı elə tək “Sumqayıt”la olacaq. Azarkeş, məşqçilər heyəti - orada mənə çox yaxın insanlar var. Amma artıq “Səbail”in futbolçusuyam, meydanda əlimdən gələni etməyə çalışıram.
- Komandanın qarşısında bu mövsüm üçün hansı məqsədlər qoyulub?
- Məqsədimiz hər oyuna ciddi hazırlaşıb yaxşı nəticə qazanmaqdır. Xal ehtiyatımızı çoxaltmaqdır.
- Yəni, bu o deməkdir ki, “Səbail” Avropa Liqasında yenə çıxış etmək istəyir.
- Əlbəttə. Hə bir komanda qazanmaq istəyər. Bizim qarşımıza məqsəd qoymayıblar ki, Avropa Liqasını qazanmalısınız. Belə bir şey yoxdur. Sadəcə hər oyuna maksimum nəticə qazanmaq, xallarımızı çoxaltmaq istəyirik. Nə qədər alınacaq, alınmayacaq, bilmirəm. Amma hər oyun bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.
- Millimizin qarşıdakı oyunlarından yəqin ki, xəbərin var. Milliyə çağırılmağı gözləyirsən?
- Əlbəttə, var. Hamı kimi mən də millidə oynamaq istəyirəm. Çağırsalar da, sağ olsunlar, çağırmasalar da.
Naibə Məmmədova
Telegram kanalımız