“Xaricə getməyin, oturun evinizdə” – Lukaşenko xaricə gedənlərə əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Xaricə getməyin, oturun evinizdə” – Lukaşenko xaricə gedənlərə əsəbiləşdi

Dünya

21 Mart 2020 18:33 1060


Belarusiya Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, rəsmilər yeni növ koronavirusla yoluxma təhlükəsi barədə hakimiyyətin davamlı xəbərdarlıqlarına baxmayaraq, xaricə gedən vətəndaşlara çarter təyyarələri göndərməməlidirlər.

Lukaşenko respublikanın bir sıra dövlət orqanlarının rəhbərləri ilə görüşdə, dünyanın çox çətin vəziyyətdə olmasına baxmayaraq, bir çox belaruslunun dincəlmək üçün xaricə qaçdıqlarına diqqət çəkib.

"Biz artıq var gücümüzlə qışqırırıq ki, xaricə getməyin, oturun evinizdə. Xeyr, nə olur-olsun, onlar sərhədi tərk edirlər", - Belarus lideri deyib. Pepperoni pizza

Sonda o, xəbərdarlıqlara baxmayaraq xaricə gedənlərə "heç bir çarter" verilməməsini tələb edib.

Dövlət başçısı əlavə edib: "Madam ki, bizi eşitməyib, oraya gediblər, qoy orada da otursunlar". Eyni zamanda, o, bəzən həqiqətən xaricə getmək və "bəzi problemləri" həll etmək lazım olduğunu da etiraf edib. /Qaynarinfo

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!