"Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək".
“Yeni Sabah” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqası və ölkə kubokunun sponsorunun olmamasının səbəbini açıqlayarkən deyib.
Musayev Premyer Liqaya sponsorluq etmək istəyən xarici şirkətlə danışıq apardıqlarını, lakin həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilmədiyini vurğulayıb. Dördpendirli pizza
Qurumun rəhbəri yarışa cəmi 12 komandanın qatılmasına belə münasibət bildirib: "Azərbaycan Kubokunda 12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdır. Heç bir klubu yarışa qatılmağa məcbur etmək olmaz. Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz? (gülür - Ş.Q.) Klublarımızın hamısına uğurlar arzulayıram".
R.Musayev Azərbaycan Kubokuna Region Liqasında çıxış edən klubların heç birinin qatılmaq üçün müraciət etmədiyini vurğulayıb: "Həvəskar komandaların yarışa qatılmaları əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır olmuşuq". /Report
Telegram kanalımız