“Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb” - Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb” - Prezidentin köməkçisi

İqtisadiyyat

17 Dekabr 2024 11:23 1082


Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.

O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!