Müğənni Xatirə İslam 15 kiloqram arıqladığını açıqlayıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, ATV “Günün sədası” proqramında qonaq olarkən danışıb.
Müğənni deyib ki, o, plastik əməliyyat etdirmədən artıq çəkidən qurtulub: Toyuqlu pizza
“4 aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməkləri çox yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla, bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur. Əvvəllər keçirdiyim əməliyyat süd vəzilərimdə olan problemlə əlaqədar idi".
Daha sonra o əlavə edib: "Qardaşımın toyu olanda 57 kiloqram idim. Düz 9 saat əməliyyatda qalmışdım. Amma həmin əməliyyatdan sonra yenə də çox yeməyə başladım və kökəldim”.
Telegram kanalımız