Xərçəngin erkən təyin olunmasında yeni metod

saytların hazırlanması

Evə çatdırılma

Xərçəngin erkən təyin olunmasında yeni metod

Sağlamlıq

08 Fevral 2021 15:43 691


Fransa, Banqladeş, Braziliya, İtaliya, Portuqaliya və Rusiyadan olan alimlərdən ibarət tədqiqat qrupu sidik kisəsi xərçəngini aşkar etmək üçün yeni - “PCR” əsaslı metod hazırlayıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə məqalə “Journal of Molecular Sciences” jurnalında dərc edilib.

Yeni metod sidikdə sidik kisəsi xərçəngi markerlərinin mövcudluğunu tez və etibarlı şəkildə təyin etməyə imkan verir. Yenilik standart diaqnostik metoddan yüksək həssaslığı və qeyri-invazivliyi ilə fərqlənir. Dominos pizza

Test, sidik kisəsi xərçənginin hansı mərhələdə olmasını və təkrarlanmasını izləmək üçün, hətta klinik simptomlar ortaya çıxmazdan əvvəl onun mövcudluğunu aşkar etmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, sidik kisəsi xərçənginin aşkarlanması və müalicəsi çox bahalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!