Xersonda 20-dən çox mülki şəxsi kim öldürüb?

saytların hazırlanması

Evə çatdırılma

Xersonda 20-dən çox mülki şəxsi kim öldürüb?

Dünya

01 Yanvar 2026 11:58 390


Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 20-dən çox mülki şəxsin həlak olması faktı ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi qaldırıblar.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) üzrə cinayət işi başlanılıb. Toyuqlu pizza

Petrenko bildirib ki, yanvarın 1-nə keçən gecə Xerson vilayətinin Kalançak bələdiyyə dairəsinin Xorlı kəndində yerləşən kafenin binasına döyüş sursatları ilə təchiz edilmiş Ukrayna pilotsuz uçuş aparatları tərəfindən kütləvi hücum həyata keçirilib. Hücum nəticəsində 20-dən çox insan həlak olub, çoxlu sayda şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Diğər məlumatlara görə, 24 nəfər ölüb, ölənlərdən biri uşaqdır. 50-dən çox insan yaralanması qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!