Xəstənin qarnında 12 santimetrlik parça qaldı, əlil oldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xəstənin qarnında 12 santimetrlik parça qaldı, əlil oldu - Video

Maraqlı

22 Avqust 2023 12:08 653


İstanbulda bir kişinin qarnından 12 santimetrlik parça çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, kafe sahibi olan şəxsə əvvəlcə səhvən xərçəng diaqnozu qoyulub. Buna görə əməliyyat olunan şəxs 60% əlil qalıb. 

Bir müddətdən sonra həmin şəxs appendisitinin partladığını öyrənib və yenidən əməliyyat olunub.  pizza sifarişi

Əməliyyatdan sonra həmin şəxsin ağrıları daha da kəskinləşməyə və yarası iltihablanmağa başlayıb. 

Təzədən əməliyyat olunan şəxsin qarnından bu dəfə parça çıxarılıb və həkimləri şoka salıb. 

O, bunun həkim səhvi ucbatından baş verdiyini bildirib:

“Həkim dedi ki, əməliyyat zamanı qarnımda parça unudulub və buna görə infeksiya yaranıb. O, bu cür halların ölümlə də nəticələnə biləcəyini bildirdi. Ona görə də xəstəxanaya gedib Xəstə Hüquqları Departamentinə şikayət ərizəsi verdim. Həkim qarnımda parçanı unutduğunu gizlətməyə çalışdığına görə “qəsdən xəsarət yetirmə” maddəsi ilə iddia qaldırılmasını tələb etdim”. 

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!