“Xəstəxanalar dolub-daşır, yatmağa yer yoxdur”   – İtaliyalı aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Xəstəxanalar dolub-daşır, yatmağa yer yoxdur” – İtaliyalı aparıcı

Dünya

25 Mart 2020 14:54 821


“Səhər açılandan gecə yarısına kimi küçələrdə ancaq təcili tibbi yardım maşınlarının səsi eşidilir. Xəstəxanalar dolub-daşır, səhiyyə müəssisələrinə üz tutan insanlar yatmağa yer tapmırlar. Çox narahatam”.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri məşhur italiyalı teleaparıcı Diletta Leotta deyib. Leotta səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini bildirib: “Xəstəxanaya getməyə ehtiyac duymuram. Yaxşıyam. Günümü evdə keçirirəm. Yemək bişirir, kitab oxuyur, televizora baxıram. Sizə də bunu tövsiyə edirəm. Nəyin bahasına olursa-olsun, evdə qalın, çölə çıxmayın”.

Məşhur aparıcı gələcəklə bağlı bədin olduğunu gizlətməyib: “Bu bəladan tezliklə qurtulacağımıza inamım yoxdur”. pizza hut

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!