Xəstəxanaya yerləşdirilən Ayxan Mamayevin son durumu - Açıqlama

Xəstəxanaya yerləşdirilən Ayxan Mamayevin son durumu - Açıqlama

İdman Veb saytların hazırlanması

18 Oktyabr 2019 10:55 1339


Xəbər verdiyimiz kimi, karateçi Ayxan Mamayev böyrəyindəki kəskin ağrılara görə, axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Məhərrəmov “Yeni Sabah”a açıqlamasında idmançının son vəziyyəinə aydınlıq gətirib. O, Mamayevin durumunun qənaətbəxş olduğunu və 1 aydan sonra yenidən məşqlərə qatılacağını bildirib:

“Hazırda Ayxanın vəziyyəti yaxşıdır. İntensiv həkim nəzarətindədir. Həkimlər 1 ay müddət qoyub. Yəni, 1 aydan sonra məşqlərə qoşula bilər. Böyrəklərində çatışmazlıq vardı. Bu da məşq ağırlığından yaranıb. Kəskin ağrıları müşahidə edilib. Hazırda böyrəkləri yuyulub, təmizlənib. Özünü pis hiss etmir. Ağrıları getdikcə azalır”. 

S.Məhərrəmov idmançımızın əslində əvvəllər böyrəklə bağlı şikayətinin olmadığını və belə halların yaşanmadığını bildirib:

“Əslində, o, böyrəyində problemin olduğunu heç özü də bilmirdi. Böyrəyindən heç vaxt şikayət etməyib, böyrək ağrıları olmayıb. Birdən-birə kəskinləşib. Amma bunu tam məşqlərlə də əlaqələndirmək düzgün olmaz. Sadəcə məşq bu ağrıları bir qədər sürətləndirib. Görünür ki, böyrəyində soyuqlama və ya iltihab problem varmış, məşqlər də bunu ağırlaşdırıb. Olimpiadaya vəsiqə qazanmaq istəyir, ona görə də məşq prosesini daha da sürətləndirib. Bu da təsirini göstərib. Lakin hazırda vəziyyəti yaxşıdır”. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!