Xəzər dənizi üzərindən körpü tikilir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizi üzərindən körpü tikilir? - AÇIQLAMA

İqtisadiyyat

20 İyul 2020 21:30 1581


“Bakı şəhərinin mərkəzində avtomobil sıxlığının azaldılması məqsədilə Əhmədli qəsəbəsi ərazisindən “Bakı Kristal Zalı” istiqamətində dəniz üzərindən körpünün tikintisi ilə bağlı məsələ gündəmdə deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda bu cür körpünün tikintisi ilə bağlı məsələ müzakirə edilmir. Dördpendirli pizza

Xatırladaq ki, bu gün Xəzər dənizinin üzərindən körpünün tikintisinin planlaşdırılması ilə bağlı məlumatlar yayılmışdı. Bu cür körpünün tikilməsi ilə bağlı məsələ 10 il bundan əvvəl müzakirə edilirdi. Sözügedən layihədə Cənubi Koreyanın da iştirakı gözlənilirdi. / Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!