Xəzər dənizində taktiki təlimlər başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində taktiki təlimlər başa çatdı

Maraqlı

22 İyul 2023 15:02 852


Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən "Xəzri dalğası" taktiki təlimi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin yekun mərhələsində Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sularında təhdid zamanı şərti düşmən gəmisinin, eləcə də hava və sahil hədəflərinin məhv edilməsi üzrə döyüş atışları icra edilib. pizza sifarişi

Təlimdə, həmçinin xilasetmə və əlverişli əməliyyat şəraitinin saxlanılması üzrə müxtəlif fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.

Ümumilikdə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınlarının cəlb olunduğu "Xəzri dalğası" taktiki təlimində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!