“Xəzər Lənkəran” ermənilərin klubunu darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Xəzər Lənkəran” ermənilərin klubunu darmadağın etdi

İdman

07 Oktyabr 2019 05:58 1679



Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” klubu “Master A” ilə matçda anlamlı addım atıb.

“Yeni Sabah” Axar.az-a istinadən  xəbər verir ki, komanda üzvləri meydana əllərində tutduqları “Карабах наш” (Qarabağ bizimdir!) şüarı ilə çıxıblar.

Buna səbəb rəqibin heyətində bir neçə erməni futbolçunun çıxış etməsidir.

Məlumata görə, "Xəzər Lənkəran Moskva" Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyunda yaşanan təxribata görə bu addımı atıb. Həmin matçda ermənilər qondarma "dqr"in "bayrağ"ını dronla meydançada qaldırmışdılar. Dominos pizza

Qeyd edək ki, görüş “Xəzər Lənkəran Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!