Xəzər “qana” boyandı, insanlar dəhşətə düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Xəzər “qana” boyandı, insanlar dəhşətə düşdü - Video

Dünya

11 Fevral 2020 14:09 1768


Qazaxıstanın cənub-qərbində Xəzər dənizinin sahili al qırmızı rəngə boyanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Xabar24" telekanalı məlumat yayıb.

Xəzərin rənginin dəyişməsi Aktau sakinlərini qorxudub. Dördpendirli pizza

Ekoloqlar isə insanları sakitləşdirərək vəziyyətin qorxulu olmadığını açıqlayıblar. Məlumatlara görə, bu, təbii hadisədir və hər il müşahidə edilir. Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunlarla əlaqələndirirlər. Belə ki, bol çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar.

Manqıstau əyalətində Ekologiya Departamentinin Laboratoriya-Analitik Nəzarət bölməsinin rəhbəri Rauşan Tulepova bildirib ki, 2017 və 2018-ci illərdə də bu hal olub:

"Xəzər dənizinə qızartını yosunlar verir, onların 25-dən çox növü var: laurensiya, polisifoniya, melobeziya və başqaları. Onlar dayazlıqda artırlar və suya belə çalar verirlər. Yanvarda monitorinq keçirirdik, artıq suyun səthində qızartılar vardı. Əgər, sahil boyunca gəzsəniz, görərsiniz ki, qışda Xəzərin qırmızı rəngə boyanması daha nəzərəçarpan olur. Çünki yosunların çiçəkləmə dövrü qış aylarına təsadüf edir". /day.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!