Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı

Hadisə

10 Avqust 2020 21:21 917


“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.  

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı "Facebook"da məlumat yayıb.

Qeyd edək ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!