XİN-dən Qaradağlı qətliamına dair paylaşım

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Qaradağlı qətliamına dair paylaşım

Siyasət

17 Fevral 2026 15:23 344


"Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib.

“Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir. pizza hut

Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla 67 nəfər vəhşicəsinə qətlə yetirilib.

Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə paylaşımda qeyd edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!