XİN diplomat olmaq istəyənlər üçün imtahan keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

XİN diplomat olmaq istəyənlər üçün imtahan keçirəcək

Maraqlı

03 Dekabr 2021 09:09 1118


Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. 

XİN-dən Yenisabah.az-a bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci ilin yanvarın 23-də baş tutacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək. pizza mizza

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

"Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • kamal naiyev
    6 ci sinifden imtahan var ve senedler hansilardir
    4 years ago