Xırdalanda ağac kəsən şirkət rəsmisi böyük məbləğdə cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda ağac kəsən şirkət rəsmisi böyük məbləğdə cərimələndi

Sosial

05 Yanvar 2026 12:38 448


Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağaclar kəsilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman inşaata cavabdeh şəxs Vüsal Fərzəliyevin kəsdiyi müəyyənləşib. pizza

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 min 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!