Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.
Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Pepperoni pizza
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. /APA
Telegram kanalımız