Xızıda residivist silahla saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xızıda residivist silahla saxlanıldı - Foto

Kriminal

03 Aprel 2020 15:35 768


Xızıda rayonunda dəfələrlə məhkum olunan şəxs silahala saxlanıldı.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə axtarışda olan rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Kamal Əhmədov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən 2020-ci ilin yanvar ayında Kamal Əhmədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patron və güllələr, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Aşkar olunan əl qumbaraları və patronlar aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!