Xocalıda dəhşətli hadisə: 17 yaşlı oğlan yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda dəhşətli hadisə: 17 yaşlı oğlan yaralandı

Hadisə

02 May 2025 18:08 1199


Xocalı rayonunun Xanyurd kəndində hərbi sursat partlayıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar. 

Qeyd edilib ki, hadisə nəticəsində Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub. pizza mizza

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!