Xocavənddə ermənilərin qoyub qaçdığı silah-sursat aşkarlandı    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə ermənilərin qoyub qaçdığı silah-sursat aşkarlandı  - Fotolar

Maraqlı

15 Oktyabr 2021 11:11 996


Polis əməkdaşları düşmənin daha bir hərbi mövqeyindən sursat aşkar ediblər. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir.

Son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər. Pepperoni pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!