“Lider maqazin” proqramının budəfəki qonağı rəqqasə Fatimə Fətəliyeva olub.
“Yeni Sabah” xəbər verir ki, rəqqasə tam xoşbəxt olmadığını, hətta intihara cəhd etdiyini deyib:
“Həyatımdan kitab yazsam, gərək, onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman tam xoşbəxt olardım ki, oturardım, pul oradan-buradan gələrdi, mən də xərcləyərdim. Vaxt olub ki, 35-40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub, gözüyumulu sevgi. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib”. pizza sifarişi
Qeyd edək ki, Xəyal Fatimə Fətəliyevanın ikinci həyat yoldaşıdır. 12 ildir evil olan cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı, rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı var.

Telegram kanalımız