Xoşqədəm atasının gizli etirafını yayımladı: “Hər kişi bunu deməz”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm atasının gizli etirafını yayımladı: “Hər kişi bunu deməz” - VİDEO

Şou

12 İyun 2025 11:55 539


Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva şəxsi instaqram hesabında mərhum valideynlərinə dair paylaşımı ilə izləyicilərini kədərləndirib.

Yenisabah.az xəbər verir ki, o, atası Hidayət Baxşəliyevanın anası Ofeliya Baxşəliyeva haqqında danışdığı bir videonu yayımlayıb.

Paylaşımda Hidayət Baxşəliyev həyat yoldaşına olan dərin sevgisini və hörmətini dilə gətirir. O, qadının ailədə təkcə evin xanımı deyil, həm də həyat yoldaşının məsləhətçisi və yol yoldaşı olduğunu vurğulayır. Aparıcının sözlərinə görə, atası tez-tez həyat yoldaşının onun uğurlarında böyük rolu olduğunu dilə gətirərmiş. Sezar pizza

Xoşqədəm Baxşəliyeva valideynlərini nümunəvi ailə olaraq təqdim edərək, onların ailə dəyərlərinə verdiyi önəmi qeyd edib. "Bizim ən böyük məsləhətçimiz atamız olub, nümunəmiz valideynlərimiz olub, çox şükür", – deyə aparıcı bildirib.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyevanın anası Ofeliya Baxşəliyeva bu ilin aprel ayında, atası Hidayət Baxşəliyev isə 5 gün əvvəl vəfat edib. Aparıcı paylaşımını "Sizsiz çox çətindir" sözləri ilə tamamlayıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!