Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrlə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrlə bağlı məlumat yaydı

Siyasət

12 Noyabr 2025 17:42 682


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə keçirilən kursun açılış mərasimi olub. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. pizza hut

XTQ-nin komandanı general-mayor Ələkbər Cahangirov Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb. 

Tədbirdə qeyd olunub ki, kursun keçirilməsində əsas məqsəd döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də tibbi təxliyə və döyüş şəraitində tibb xidmətinin təşkili üzrə XTQ mənsublarının bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Açılış mərasimindən sonra şəxsi heyətin məişət şəraitinə, tədris yerlərinə, eləcə də tədris prosesində istifadə olunacaq müasir tibbi avadanlıqlara baxış keçirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!