Ramazan ayında daha geniş istifadə edilən xurmanın faydaları saysız-hesabsızdır.
Yenisabah.az xəbər verir ki, limon və xurmanın birlikdə yeyilməsi xurmanın faydalarını daha çox artırır.
Belə ki, xurmanın içinə bir neçə damcı limon sıxıb yeməyin dəmir çatışmazlığına xeyirli olduğu və qan azlığının qarşısını aldığı bildirilir. Pepperoni pizza
Xurmanın tərkibində bol miqdarda dəmir var və limonla birlikdə yeyildikdə limonun tərkibindəki C vitamini dəmirin sorulmasını artırır.
Bundan əlavə, müntəzəm olaraq xurma yemək sümük sağlamlığına kömək edir.
Maksimum fayda əldə etmək üçün təzə kəsilmiş limondan istifadə etmək lazımdır.
Nigar İlqarqızı

Telegram kanalımız