Yadplanetlilərə yerə səfər etmək üçün dəvət göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Yadplanetlilərə yerə səfər etmək üçün dəvət göndərildi

Maraqlı

11 Yanvar 2024 11:03 665


ABŞ-da Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup alim və dilçi planetimizə, xüsusən də Leksinqtona səfər etmək çağırışı ilə kosmosa siqnal göndərib. 

“Report”un xəbərinə görə, bu barədə “Space.com” portalı məlumat yayıb.

Məlumatda Kentukki ştatının dağlıq mənzərəsinin kodlaşdırılmış təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopamin molekullarının diaqramları var. Marqarita pizza

Siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Mütəxəssislər bilərəkdən TRAPPIST-1-i seçiblər. Çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Çağırış 2063-cü ilə qədər təyinat yerinə çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!