Yağıntılı və küləkli havaya dair sarı XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yağıntılı və küləkli havaya dair sarı XƏBƏRDARLIQ

Sosial

26 Dekabr 2025 17:30 1502


Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək yağıntının intensiv olacağı ehtimalı var.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Marqarita pizza

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.

Dekabrın 27-də bəzi rayonlarda güclü külək əsəcəyi də gözlənilir. Qurum gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!