Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Sosial

30 May 2019 14:22 1024


Azərbaycanda müşahidə olunan faktiki  hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, mayın 30-u səhərədək əksər rayonlarda hava şəraiti nisbətən sabit və yağmursuz keçsə də, bəzi şərq rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb. 

Düşən yağıntının miqdarı Qrızda 4, Quba, Xaltan, Şahdağ, Binədə 0.2-1 mm təşkil edib. pizza mizza

Mayın 29-da Bakıda havanın temperaturu iqlim normasından 5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, Aran rayonlarında 27-31, Naxçıvan MR-da 27-32 dərəcə isti, dağlıq rayonlarda 19 dərəcəyədək isti təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!