“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif

saytların hazırlanması

Evə çatdırılma

“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif

Siyasət

09 Oktyabr 2019 12:09 1097


“Böhtan və təhqir cinayət sayılırsa niyə də yaltaqlıq cinayət sayılmasın”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədəki hesabında yazıb. O, təklif edib ki, bubunla bağlı cinayət məcəlləsinə maddə əlavə edilməlidir: “Bilirik ki, cinayət ictimai təhlükəli əməldir. Bu gün yaltaqlıq cəmiyyətin bəlasına çevrilib, onun cəmiyyət üçün yaratdığı təhlükə böhtan və təhqirdən qat-qat çoxdur.

Təklif edərdim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə YALTAQLIQ adlı maddə əlavə edilərək İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR fəslinə salınsın. Maddənin dispozisiyası təxminən belə ola bilər: “YALTAQLIQ, yəni tabelikdə olan şəxs tərəfindən rəhbərinin və ya seçmək hüququ olan şəxs tərəfindən seçkili vəzifə tutan şəxslərin öz vəzifə borclarının yerinə yetirilməsi ilə əlaqədar etdikləri işlərə görə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında tərifləməsi müəyyən müddətə azadlıqdan məhrum etmə ilə və ya cərimə ilə cəzalandırılır”. Təklifimin müsbət qarşılanacağı təqdirdə maddəni cilalamaq üçün kifayət qədər savadlı hüquqşünaslarımız var”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!