Yamal yenə rekord qırdı

saytların hazırlanması

Evə çatdırılma

Yamal yenə rekord qırdı

İdman

01 May 2025 17:36 531


"Barselona"nın cinah oyunçusu Lamin Yamal klub tarixinin rekorduna imza atıb.

Yenisabah.az xəbər verir ki, 17 yaş 291 günlük hücumçu bunu ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "İnter"lə oyunda (3:3) meydana çıxmaqla bacarıb.

Lamin Kataloniya təmsilçisinin heyətində keçirdiyi matçların sayını 100-ə çatdırıb. Nəticədə o, "Barselona" tarixində 100 oyun keçirən ən gənc futbolçu olub. Marqarita pizza

Əvvəlki rekord Qaviyə məxsus idi - 19 yaş 29 gün.

Qeyd edək ki, Yamal bu 100 matçda 21 qol vurub və 33 məhsuldar ötürmə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!