Yanan əsgərin ailəsi Gümrü-İrəvan yolunu bağladı 

saytların hazırlanması

Evə çatdırılma

Yanan əsgərin ailəsi Gümrü-İrəvan yolunu bağladı 

Rəsmi

03 Mart 2023 15:25 862


Ermənistanda yanğın zamanı həlak olan əsgər Palyan Poqosyanın yaxınları Gümrüdən İrəvana gedən yolu bağlayıblar. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onlar daha sonra yolu açıb, amma bir həftə ərzində Ermənistanın müdafiə naziri ilə görüşməsələr, yenidən magistralı bağlayacaqlarını elan ediblər. 

Əsgərin yaxınları bildiriblər ki, onun ölümünün araşdırılmasında irəliləyiş görmürlər, onlara heç bir məlumat verilmir.  Dominos pizza

Qeyd olunub ki, buna görə də bu gün yaşadıqları Şirakın (Şörəyel mahalı) Azatan kəndi yaxınlığında magistral yolu bağlayıblar. Polis onları Müdafiə Nazirliyinin rəhbəri ilə görüş təşkil etmək şərti ilə yolu açmağa razı sala bilib./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!