Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Pepperoni pizza
Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib./APA
Telegram kanalımız