Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı

Sosial

07 Dekabr 2025 22:41 1160


Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis məlumat yayıb:

"Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi - Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir". Pepperoni pizza

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!