Yanğında həlak olan xanım görün kim imiş

saytların hazırlanması

Evə çatdırılma

Yanğında həlak olan xanım görün kim imiş

Hadisə

22 Noyabr 2025 01:03 1805


Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır - red).

"Report"un əldə etdiyi məlumata görə, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb. pizza

Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!