YAP-da seçki toplantısı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

YAP-da seçki toplantısı keçirildi

Siyasət

17 Dekabr 2019 15:02 1126


Dekabrın 17-də Yeni Azərbaycan Partiyası İcra Katibliyi ilk təşkilatının iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, iclasda çıxış edən YAP İcra katibinin müavini Siyavuş Novruzov ilk təşkilatın ötən müddət üzrə hesabatını səsləndirib. YAP İcra katibinin müavini ilk təşkilatlarının fəaliyyətinin daha da gücləndiriləcəyini, çevikliyinin artırılacağını bildirib. S.Novruzov həmçinin, partiyanın qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını bildirib. 

Sonda təşkilatı məsələlərə baxıldı, 15 nəfərdən ibarət YAP İcra Katibliyi ərazi ilk partiya təşkilatının İdarə Heyətinə üzv, Ramilə Bədəlova ərazi partiya təşkilatına sədr, YAP İcra Katibliyi İşlər İdarəsinin müdiri Mahir Abbasəliyev və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev müavin seçildilər.  Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!