YAP-da təcili mətbuat konfransı çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

YAP-da təcili mətbuat konfransı çağırıldı

Siyasət

28 Noyabr 2019 07:07 956


Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi ƏLi Əhmədov mətbuat konfransı keçirəcək.

“Yeni Sabah” xəbər verir ki, bu haqda media nümayəndələrini məlumatlandıran YAP-ın mətbuat xidməti konfransın təcili olduğunu bildirib.

Qeyd edək ki, mətbuat konfransı saat 15.00-da Yeni Azərbaycan Partiyasının qərargahında təşkil olunacaq.  YAP-ın mətbuat xidməti konfransın məqsədini açıqlamayıb. pizza hut

Xatırladaq ki, bu gün saat 11:00-da YAP-ın Siyasi Şurasının təcili iclası da çağırılıb. 

İstisna deyil ki, Əli Əhmədovun keçirəcəyi mətbuat konfransı Siyasi Şurasının iclasının yekunlarına həsr olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!