YAP-ın deputatlığa namizədi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın deputatlığa namizədi həbs olundu

Kriminal

21 Fevral 2020 18:32 5337


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs olunub. "Yeni Sabah" xəbər verir ki, saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var. G.Sadıqova bu il keçirilən seçkilərdə deputatlığa namizəd olub. O, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mandat uğrunda mübarizəyə qatılıb. Qeyd edək ki, Gültəkin Sadıqovanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!